Heydər Əliyev Fondunun dəstəyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə IX "Muğam" Televiziya Müsabiqəsinə start verilir.
Müsabiqə may ayının 13-dən etibarən saat 21:00-da Azərbaycan Televiziyası və "Mədəniyyət" telekanalı vasitəsilə tamaşaçılara təqdim ediləcək.
İştirakçılar klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX "Muğam" Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçiriləcək. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.