“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələr və müəllim heyəti ilə görüş keçirib.
Görüşdə medianın inkişaf perspektivləri, şəxsi karyera yolu və qəbul edilən strateji qərarlar barədə fikir mübadiləsi aparılıb. QSC sədri uğur qazanmaq üçün peşəkar biliklərlə yanaşı davamlı özünüinkişaf, prinsipial mövqe və məqsədyönlü fəaliyyətin vacibliyindən danışıb.