"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubudur.

"Opta"nın yaydığı xəbərə görə, komanda buna UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İtaliya təmsilçisi "Fiorentina"nı mübarizədən kənarlaşdırmaqla nail olub.

Doğma meydanda rəqibini 2:1 hesabı ilə üstələyən "yaşıl-ağlar" cavab matçında heç-heçəyə razılaşıb - 2:2.

İndiyədək Almaniyanın 12, İngiltərənin isə 15 komandası avrokuboklarda final həyəcanı yaşayıb.

Qeyd edək ki, "Betis" mayın 28-də finalda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.