Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak ediblər.
Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutub.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa ediblər.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.