DÇ-2026-nın seçmə mərhələsində İslandiyanın qonağı olacaq Azərbaycan millisi bu ölkəyə yollanıb.
Komanda saat 11:00-da çarter reysi ilə Bakıdan Reykyavikə səfərə çıxıb. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun sentyabrın 4-də Reykyavikdə mətbuat konfransı təşkil olunacaq. İslandiya - Azərbaycan oyunu isə sentyabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq