Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.
Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.
"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - yeni təyin olunmuş səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.
Norman öz vəzifəsinin icrasına 2026-cı ilin mayında başlayacaq.
Norman 1990-cı ildən diplomatik xidmətdə çalışır. O, dünyanın müxtəlif yerlərində Böyük Britaniyanın diplomatik missiyalarında müxtəlif vəzifələr tutub. Xüsusilə, 1998-2000-ci illərdə Ermənistanda missiya rəhbərinin müavini, 2016-cı ildən 2021-ci ilə qədər isə Böyük Britaniyanın Albaniyadakı səfiri olub.