Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku" turnirinə yekun vurulub.

 

AZTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşib.

Nəticələr aşağıdakı kimi olub:

Optimist sinfi (12 yaşadək)

1 - Kamilla Həsənova (ASİNF)

Optimist sinfi (qızlar)

1 - Səma Mansurzadə (ASİNF)

Optimist sinfi (ümumi kateqoriya)

1 - Kamal Bəşirli (ASİNF)

İLCA 4 sinfi (ümumi kateqoriya)

1 - Nəzrin Məmmədova (ASİNF)

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.