Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

 

Bu barədə AZTV.AZ  "Report"a "istinadən məlumat verir.

Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.