Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.
Bağlanış oyununda “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Matçı Rauf Cabarov idarə edəcək.
Hazırda paytaxt təmsilçisi 47 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax klubu isə 14 xalla sonuncu – 12-cidir.
Qeyd edək ki, XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Turan Tovuz”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib.