Azərbaycanda keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas cədvəli açıqlanıb.

 

Bakı Şəhər Halqasından bildirilib ki, gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev beş raundlu yüngül çəki dərəcəsində meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Turnirin ikinci əsas döyüşündə isə orta çəki üzrə Şarabutdin Maqomedov braziliyalı Michel Pereira ilə qarşılaşacaq.

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsinə bilet satışının tezliklə başlayacağı bildirilib.