Serbiyanın Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı və biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub. Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirib.
Azərbaycan Televiziyasına ekskluziv müsahibə verən Serbiya Prezidenti Aleksandar Vuçiç qeyd edib ki, biz strateji tərəfdaş və ən yaxın dostlarıq. Serbiya prezidenti ölkələrimiz arasındakı münasibətlərdən, həmçinin VUF13-lə bağlı gözləntilərindən danışıb. Təşkilatçılığı isə yüksək qiymətləndirib.
Müsahibəni videodan izləyə bilərsiniz: