İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

 

“Arsenal” 22 il sonra ölkə çempionu adını qazanıb.

Buna London klubunun ən yaxın izləyicisi "Mançester Siti"nin XXXVII turda səfərdə "Bornmut"la 1:1 hesablı heç-heçə etməsi səbəb olub. Bu nəticədən sonra "şəhərlilər" sona 1 tur qalmış 82 xalı olan liderdən 4 xal geri düşüblər.

Bununla da "Arsenal" vaxtından əvvəl çempionluğu təmin edib.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/2004-cü illər mövsümündə Premyer Liqanın qalibi olub.