Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” klubu UEFA Çempionlar Liqasının hazırlıqlarına iyunun 17-də start verəcək.

 

Bu barədə Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komanda təlim-məşq toplanışının ilk mərhələsini Avstriyada keçəcək. İkihəftəlik hazırlıq çərçivəsində bir neçə yoxlama matçı nəzərdə tutulub. Rəqiblərin adları daha sonra açıqlanacaq.

Qeyd edək ki, Premyer Liqada çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vurub. Komanda UEFA Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.