Hazırda Şuşada və Xankəndidə ilkin kəşfiyyat işləri aparmaqla qazıntılar təşkil etmək üçün proqram yaradılır.
Bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.
Onun sözlərinə görə, Şuşa və Xankəndi arxeoloji ekspedisiyası formalaşdırılır:
"İşğaldan azad olunmuş ərazilərdə ekspedisiya prosesini ləngidən səbəblərdən biri minaların çoxluğudur. Həmçinin bu bölgələrdə lazımı infrastruktur yoxdur. Hazırda beynəlxalq əməkdaşlıqlar edirik. Bu istiqamətdə işlərimiz davam etdiriləcək".