Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-da və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb.
Festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib. Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunub.