İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

 

Nazirlər bu gün keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən əvvəl bir araya gəliblər.

Üçtərəfli toplantıdan sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulur.