Tanınmış kinorejissor Şamil Əliyev şəxsi arxivini qorunub saxlanılması üçün Azərbaycan Dövlət Film Fonduna təhvil verib.
Təhvil verilən materialların sırasına Azərbaycan kino tarixini və rejissorun şəxsi yaradıcılığını əks etdirən bir sıra ssenarilər, plakatlar, fotoşəkillər, qəzetlər, dəvətnamələr və s. sənədlər daxildir.
Təqdim edilən fotoşəkillər 1940-cı illərdən başlayaraq, Azərbaycan bədii, sənədli və animasiya filmlərinin 50 ildən artıq dövrünü əhatə edir. Rejissor Ş.Əliyevin müxtəlif video daşıyıcılarında saxlanılan film və film materialları da təhvil verilən şəxsi arxivdə öz əksini tapıb.