Bakıda keçirilən UFC turnirinin bonus sahibləri müəyyənləşib.
"Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb. Bunlar Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenkodur. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb.
Bundan əlavə, döyüşü vaxtından əvvəl başa vuran, lakin "Gecənin performansı" bonusunu qazanmayan hər bir döyüşçüyə 25 min ABŞ dolları məbləğində əlavə mükafat verilib.