Azərbaycanın MMA döyüşçüsü Mirmehdi Miriyev Çinin Çjençjou şəhərində keçirilən “YFU 95” turnirində iştirak edib.

 

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yerli Huibo Dinqinlə qarşılaşıb.

Mirmehdi Miriyev birinci raundda ağrıdıcı fəndlə rəqibinə qalib gəlib.