Şuşada "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirə keçirilir.

 

Qeyd edək ki, bu gün Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans işə başlayıb. Konfransa 10 ölkədən vətəndaş cəmiyyəti nümayəndələri qatılıb, bura Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.

Konfrans çərçivəsində "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirə təşkil olunub.