Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının (EBSL) seçmə mərhələsi üçün heyəti açıqlanıb.
AFFA-dan bildirilib ki, bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq yığmaya 11 oyunçu dəvət edilib.
Qapıçılar: Elçin Qasımov, Emil Omarov
Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.
Qeyd edək ki, Azərbaycan millisi EBSL-in B Liqasının B qrupunda mübarizə aparacaq. Yığma iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya seçməsi ilə qarşılaşacaq. Bütün görüşlər Batumi çimərlik meydançasında keçiriləcək.