Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Paytaxt təmsilçisi Serbiyanın "Radniçki” (Niş) komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına isə 1:2 hesabı ilə məğlub olub.