İyulun 11-də Almaniyanın Frankfurt şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.

 

Boks Federasiyasından bildirilib ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Oğlanların mübarizəsində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (75 kiloqram), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kiloqram) qüvvələrini sınayacaqlar.

Qızlarda isə Banuçiçək Nəsirli (48 kiloqram) ilə Gülər Hüseynova (51 kiloqram) rinqə çıxacaqlar.

Qeyd edək ki, turnirdə ölkəmizi Elxan Quliyev hakim kimi təmsil edəcək.