Azərbaycanın kamandan oxatma üzrə gənclərdən ibarət milli komandası İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

 

Federasiyadan bildirilib ki, qitə birinciliyində ölkəmizi Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev təmsil edəcəklər.

Yığma üzvləri fərdi və qarışıq komanda yarışlarında 60 və 70 metr məsafələrdə yerləşən hədəfləri nişan alacaqlar.

Hazırda milli komanda Avropa çempionatına hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Qeyd edək ki, Avropa çempionatı iyulun 20-dən 26-dək keçiriləcək.