Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov iyulun 24-də Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Vətəndaşlar info@tabib.gov.az elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.