Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

 

Bakı klubu Gürcüstanın “Torpedo” (Kutaisi) komandasının qonağı olacaq.

Kutaisi şəhərində yerləşən “Şengelia Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.