Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub.
Videoçarxda Azərbaycan cüdoçuları yer alıblar. Çarxda onların mötəbər beynəlxalq yarışlardakı çıxışlarından, qələbələrindən və yaddaqalan döyüşlərindən görüntülər təqdim olunub.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.