Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən dəmiryol sahəsində infrastruktura dəyən ziyanın aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən marşrutu üzrə qatarlar yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı istiqamətində qatarların hərəkəti isə Qax stansiyasından təşkil olunacaq.
Dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.
ADY-nin məlumatına əsasən, həmin marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet almış sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.