İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, nazirliyin bu sahədə fəaliyyəti, həmçinin vergi siyasəti və vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar müzakirə edilib.

Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.