Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Neftçi" bu gün turnirdə ilk oyununa çıxacaq.
Bakı klubu doğma meydanda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.
“Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Matçı kiprli FIFA referisi Konstantinos Fellas idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu raundun qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.