Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında çəkilən “Dirilən adam” serialının final – 150-ci bölümünün nümayişi keçirilib.
Tədbirdə AzTV-nin kollektivi, serialın yaradıcı və aktyor heyəti iştirak edib. Həftənin beş günü AzTV-nin efirində yayımlanan və tamaşaçıların marağına səbəb olan ekran əsərinin final bölümü iyulun 23-də kinoteatrda izlənilib.
Qeyd edək ki, “Dirilən adam” Azərbaycan Televiziyasının ilk 150 bölümlü serialıdır.