Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
İstanbul təmsilçisi Polşada "Qurnik”lə üz-üzə gələcək. “Zabje Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi belçikalı Lotar D'Hondt olacaq.
Tərəflər arasında İstanbulda keçirilən ilk oyunda "Fənərbağça" 1:0 hesablı qələbə qazanıb.
Türkiyə klubu bu mərhələni adlayacağı təqdirdə III təsnifat mərhələsində “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, III raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.