Cari ilin yanvar-iyun aylarında ölkədəki banklar 716,3 milyon manat xalis mənfəət, 1 milyard 86,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
AZTV.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, 6 ayda banklar tərəfindən ümumilikdə 171,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7,1 faiz artaraq 43 milyard 254,2 milyon manat təşkil edib.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 148,7 milyon manat azalaraq 3 milyard 113 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.