Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.