Aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan yalnız 23-ü baş tutub.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Taleh Kazımov qeyd edib ki, həmin hərraclarda ümumilikdə 303 milyon dollar satılıb: “Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib”.