Azərbaycan avrokubokların ilk iki təsnifat mərhələsində bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.
Peşəkar Futbol Liqasından bildirilib ki, 9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.
Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür. Daha çox xala malik olanlardan 4-ü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına düşüb, “Zirə” və “Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb.