Cari ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard dollar və yaxud 0,8 faiz artıb.

 

 Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

T.Kazımov qeyd edib ki, ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini 3,4 dəfə üstələyir.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollardır.