Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finalda uduzub.

 

Məlumata görə 80 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.

N.Süleymanlı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.