“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 6 əməkdaşı TRT-nin təşkil etdiyi süni intellekt təlimlərində iştirak etmək üçün Türkiyəyə yollanıb.
Bir həftə davam edən proqram çərçivəsində iştirakçılar media sahəsində süni intellektin tətbiqi, müasir rəqəmsal həllər və innovativ istehsal alətlərinin istifadəsi ilə bağlı bilik və bacarıqlar əldə ediblər.