Bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 31 milyard 217 milyon manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, iyunun 1-i müqayisədə 3,8 %, ilin əvvəlinə nisbətən 20,8 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 19,5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 707,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4 % çox, ilin əvvəlinə nisbətən 9,6 % az, ötən il iyulun 1-i ilə ilə müqayisədə isə 2,9 % azdır.

Azərbaycanda ümumi aktivləri 60 milyard 940,4 milyon manat olan 21 bank fəaliyyət göstərir.