Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirib.
.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Orta Dəhlizin inkişafı, onun rəqabət qabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.