2025-ci ildə Azərbaycanda aparılan auditlərin 4 330-na müsbət rəy verilib.

Auditorlar Palatasının yaydığı məlumata görə, bu, 2024-cü illə müqayisədə 9,5 % çoxdur.

Ötən il aparılan auditlərdən şərti müsbət rəylərin sayı 7,3 % artaraq 1 301-ə, mənfi rəylərin sayı 94,7 % artaraq 37-yə, rəy verilmədən imtina edilən auditlərin sayı isə 2,2 dəfə artaraq 11-ə çatıb.