İyulda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 1 milyon 659 min barel artaraq gündəlik 23 milyon 632 min barelə çatıb.

OPEC-in aylıq hesabatına əsasən, ötən ay ən çox istehsal artımı İraqda qeydə alınıb və hasilat 665 min barel artaraq 2 milyon 621 min barelə yüksəlib. Səudiyyə Ərəbistanının istehsalı 590 min barel artaraq 7 milyon 352 min barel, Küveytin hasilatı 393 min barel çoxalaraq 1 milyon 845 min barel olub. Hasilatda ən çox azalma Nigeriyada qeydə alınıb və istehsal 37 min barel azalaraq gündəlik 1 milyon 546 min barel olub.

Ötən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 1 milyon 424 min barel artaraq gündəlik 37 milyon 655 min barel təşkil edib.