“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 14-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
QSC-dən bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.