Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.

Məntəqədə ötən dövrdə əlilliyi olan 415 şəxsə isə ehtiyaclarına uyğun olaraq 10 min 500-dən çox reabilitasiya vasitəsi verilib.