Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.
Sonra görkəmli оftalmоlоq alim, akadеmik Zərifə xanım Əliyеvanın xatirəsi еhtiramla anılıb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.