“ASAN könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası davam edir.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Bravo” marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 Sentyabr - Bilik Gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

Sentyabrın 10-dək davam edəcək aksiyada vətəndaşlar “Bravo” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilirlər.

Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200-dən çox uşağa məktəb çantası, ləvazimatlar, kitablar və digər hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 11000-dən çox uşağın arzusu reallaşdırılıb.