Əmək müqaviləsinin işçilərin əmək və sosial təminat hüquqlarına sahib olmalarına əsas yaratdığı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış posterlər Bakı, Şuşa və Xankəndi şəhərlərinin müxtəlif məkanlarında nümayiş etdirilir.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məqsəd əmək münasibətlərinin rəsmiləşdirilməsinin əhəmiyyətinə dair əhalinin məlumatlılıq səviyyəsinin artırılmasıdır.