“Bu, son 5 ildə mənim 3-cü dövlət və ümumilikdə qardaş ölkəyə 7-ci səfərimdir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın UZA agentliyinə müsahibəsində deyib.

 “Bu, son 5 ildə mənim 3-cü dövlət və ümumilikdə qardaş ölkəyə 7-ci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır” – dövlət başçısı qeyd edib.