“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın UZA agentliyinə müsahibəsində deyib.